“Arıqlayanda deyirlər, pis yola düşmüsən?”
İfaçı Emil Bədəlov arıqlamasının səbəbini açıqlayıb.
OLAY yazır ki, müğənni bu barədə “Zaurla Günaydın” verilişində danışıb:
“Əslində, efirdə belə söhbətlər etməyi xoşlamıram. Novruz bayramında bağdaydıq. Həmin zaman diş implantı həyata keçirmişdim. Şəkil çəkdirən zaman kappanı (diş sırasını bərpa edən qapaq - red.) çıxarmışdım. Saytlar şəkil barəsində xoşagəlməz sözlər yazmışdılar, lakin məsələnin nə yerdə olduğunu biləndə zəng edib üzr istədilər. Pis adam hər zaman pis görəcək. Kökələndə deyirlər kökəlmisən, arıqla, arıqlayanda deyirlər, pis yola düşmüsən?”.
Qeyd edək ki, sənətçinin bir neçə gün öncə qızı dünyaya gəlib.