"Düşmənlər mahnılarımızı oxuyur, bizimkilər isə yox" - Ruhəngiz Allahverdiyeva
"Nənəm bəy qızı olub. O, dünyasını dəyişəndə bədən quruluşu necə var elə qalmışdı. Elə bil 10 uşaq dünyaya gətirməyib. Mənə də bu görünüş ordan gəlib. O, vaxt Xəyyam Nisanovun anası Amerikaya gedəndə mənə bu cür paltarlar gətirdi. Onu geyinəndə məni "barbi"yə bənzədirdilər. Adım da elə o vaxtdan "barbi" qaldı".
Bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Özəl" verilişində deyib. Geyimlərindən danışan müğənni Əməkdar artist Xəyyam Nisanovun anasının ona bağışladığı hədiyyədən danışıb.
Mahnılardan danışan R.Allahverdiyeva toyda oxunan bəstələrdən şikayətlənib:
"Dahi bəstəkarlar yazıb. Bəziləri deyir, toydur da, necə olsa olar. Düşmənlərimizə baxıram ki, bizim bəstəkar mahnılarımızı ifa edirlər. Bizimkilər isə toyda onu oxumurlar. Deyirlər, toydur da, necə oxusam olar".