Neslihan Atagülün yeni serialı bəlli oldu
Neslihan Atagülə hər mövsüm çoxlu iş təklifi edildiyi, gözəl aktrisanın isə çox seçici olduğu məlumdur.
Pərəstişkarları Atagülün yeni layihəsini səbirsizliklə gözlədiyi bir zaman, aktrisanın uzun fasilədən sonra yenidən seriallara qayıdacağı barədə məlumatlar yayılıb.
"Ay Yapım" şirkətinin prodüserliyi ilə çəkiləcək olan "İşğal günlerinde aşk" serialı ilə razılığa gələn Neslihan rusiyalı Vera Qreqova obrazını canlandıracaq.
Ssenarisini Yılmaz Şahinin qələmə aldığı serialının hekayəsi 1918-ci ildə başlayır.
Serial Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün işğal altındakı İstanbulu əmanət etdiyi gizli təşkilatın üzvü Ekrem Baydarın Anadoludakı milli mübarizəyə verdiyi dəstəyi həyəcanlı və təsirli şəkildə ekrana gətirəcək.