Cırtdanlar və ya cücələr şəhərinin qəribəliyi - Makhunik

Cırtdanlar və ya cücələr şəhərinin qəribəliyi - Makhunik
 

XXI əsr olmasına baxmayaraq, hələ də nağıllarda olduğu kimi dünyamızda cırtdanboyluların yaşadığı insanlara rast gəlmək olur. Belə bir yaşayış məkanından biri də boyları 50 sm-1 metr arasında olan Makhunik kəndidir.

Elə bilərsiniz ki, Makhunik kəndi Azərbaycandan çox uzaq bir qitədə, coğrafiyada və yaxud ölkədə yerləşir, əsla yox.  

Paralel.az xəbər verir ki, boyları 1 metrədək olan insanları yaşadığı Makhunik İranın şimal-şərqində Xorasan əyalətində Əfqanıstanla sərhəd bölgədə yerləşir.

Əfqanıstanla sərhəd xəttinə 75 km-lik məsafədə yerləşən Makhunik təqribən 1500 il əvvəl salınmış kənddir. Yüz il əvvələdək kənd sakinlərinin boyu 50 sm-1 metrə yaxın olub.

Cırtdanlar və ya cücələr şəhəri

Makhuniki Qulliverin səyahəti romanında danışılan cücələr şəhəri olan Lilliput şəhərini xatırladır. O baxımdan biz Makhuniki günümzün dünyadakı fantastik yerlərdən biri hesab edə bilərik.

100 il əvvələ qədər İranın Makhunik kəndində yaşayan insanların boyu 1 metrə qədər idi.

İnsanların boyunun normadan aşağı olduğundan bu kəndin adı cırtdanlar və cücələr kəndi adlanıb.

Hətta arxeoloji qazıntılar zamanı 2005-ci ildə bu bölədən 25 sm uzunluğu olan mumyalanmış insan meyiti tapılıb.

Yerli sakinlər isə Makhunik də daxil olmaqla 13 kəndin cırtdanlar şəhəri olduğunu deyirlər.

Kənd sakinlərinin boyunun kiçik olmasına təsir edən amillər kimi sərt quru iqlim şəraiti və bu səbəbdən də insanların kifayət qədər qida rasionunun geniş olmaması göstərilir. 

Quraq ərazi olduğundan burada heyvandarlıq inkişaf etməyib. İnsanlar bölgədə çox az qismdə yetişdirilməsi mümkün olan turp, taxıl, arpa və xurma kimi məhsullarla qidalanıblar.

Kəndin ən qəribə xüsusiyyətlərindən biri isə çay içmək adətinə xor baxmaqlarıdır. Alimlərin fikrinə görə, qədim dövrlərdə bu ərazilərdə çay içmək ancaq narkotik maddə aludəçilərinə xas olduğu üçün bu adət hələ də qalır.

XX əsrin ortalarında yolların salınmasından sonra Makhunik kəndinə İranın digər bölgələrindən düyü, toyuq və digər ərzaq məhsulları gətirilməyə başlanılıb. 

Son yüz ilə yaxın müddətdə kənd sakinlərinin normal qidalanması onların boy artımına səbəb olub. Son 40 ildə insanların boyu 1,5 metrədək artıb.

700-dən çox sakinin bu gün boyu normal olsa da, babalarının cırtdan olduğuna aid çox sübut var. Köhnə kəndin 200 evinin 70-80-ə qədərinin tavanı çox alçaqdır. Burada köhnə evlərin hündürlüyü 1 metrədək və ya ondan bir az hündürdür.

Bu bölgəni araşdıran yazarlardan biri gördüklərini belə açıqlayıb:

"Köhnə kənddəki 200 evdən 70-nin hündürlüyü çox azdır. Bu evlərdən əyilib birinə girincə özümü oturma otağında tapdım. 10-14 kvadratmetrlik böyüklükdə bu otağın bir kənarı taxıl anbarı, bir hissəsi ocaq, digər hissəsi isə yataq yeri olaraq istifadə olunur. Evlərin bu qədər balaca olmasının səbəbi tək insanların qısa boylu olması deyil. Evlərini tikmək, isitmək və sərinləşdirmək üçün daha rahatdır. Ayrıca, ətraf mühitə uyğun olduğu üçün də işğalçıların buranı tapmağı da rahat deyildi. Kənddə həyat bu gün də asan deyil. Gənclər iş tapmaq üçün başqa yerlərə getmək məcburiyyətində qalıblar".

Alimlərin fikrinə görə, sakinlər cırtdan olduqları üçün evləri belə kiçik formada inşa ediblər. Yollar olmadığı üçün və nəqliyyat heyvanlarının çox az olması səbəbindən insanlar evləri inşa etmək üçün lazım olan tikinti materiallarını, ərzaqları kilometrlərlə uzaq məsafədən çiyinlərində daşıyıblar.

Kiçik evləri inşa etmək üçün daha az inşaat materialı lazım olur, eyni zamanda bu evləri isitmək və sərinləndirmək də asan olur. Ona görə də evlərin çoxu torpaq və palçıqdan tikilib.

 

0.017286062240601