Türkiyəli məşhur aktyor 4-cü dəfə evləndi 

Türkiyəli məşhur aktyor 4-cü dəfə evləndi 
 

"Hudutsuz Sevda" serialının baş rol ifaçılarından olan aktyor Burak Sergen ötən gecə evlənib.

Türkiyə mətbuatı xəbər verir ki, Nihan Ünsaldan 5 ay əvvəl xəyanətə görə boşanan aktyor 4-cü dəfə ailə həyatı qurub.

63 yaşlı Burak Sergen və teatrın baş koordinatoru Gizem Şağban dünən axşam Fuat Əli Paşa köşkündə nikah mərasimi keçiriblər.

"O, mənim şirin dostum idi. İndi çox əziz həyat yoldaşım oldu", -  deyə B.Sergen söyləyib.

Qeyd edək ki, ilk dəfə 1991-1992-ci illərdə müğənni Pamela Spes ilə evlənən aktyor ikinci dəfə 1999-2018-ci illərdə Işıl Sergenlə ailəli olub. 2018-ci ildə isə Nihan Ünsalla ailə həyatı qurub.
Koronavirusa yoluxan və həftələrlə xəstəxanada müalicə alan Sergen xəyanətə uğradığı üçün N.Ünsaldan da boşanıb.

Ölkə.Az

 

 

 

0.017466068267822