Rasim Balayev "Nəsimi" filmində özünə aid bu səhnədə niyə çəkilməyib? - VİDEO

Rasim Balayev
 

Xalq artisti Rasim Balayev illər sonra çəkildiyi "Nəsimi" filmi ilə bağlı danışıb.

"Zarafat bir yana" şousuna qonaq olan aktyor ekran işindəki Nəsiminin ayağının dərisinin soyulduğu səhnədən danışıb.

Xalq artisti qeyd edib ki, həmin vaxt özü çəkiliş meydanında olmayıb və onun yerinə işıqçının ayağını çəkiblər.

Aktyor yaxınlıqda yerləşən bazarda sərin qarpız alıb yeməyə gedibmiş...

Xatırladaq ki, "Nəsimi" 1974-cü ildə çəkilib. Rejissor Həsən Seyidbəylinin dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsimi haqqında filmidir.

Ətraflı videoda:

 

0.018142938613892