Sərdar Ortaç: “Evim yansa, dönüb baxmaram, dərdlərim daha böyükdür..”

Sərdar Ortaç: “Evim yansa, dönüb baxmaram, dərdlərim daha böyükdür..”
 

Son dövrlərdə sosial media hesabından açdığı canlı yayımlar və etdiyi açıqlamalarla gündəmdən düşməyən Sərdar Ortaç, bu dəfə də Harbiye Açıqhava Səhnəsində sərxoş vəziyyətdə çıxış edib.

Dergi.az xəbər verir ki, ayaqda durmaqda çətinlik çəkən müğənni: “Bu gecə sizdən daha çox əyləndim. Sərxoş oldum, içkinin Allah bəlasını versin” deyib.

Sərdar Ortaç, gələn tənqidlərin ardından içini töküb və bunları deyib: “Hər şeyi itirmişəm onsuz da. Sağlamlığımı itirməmək üçün düşünürdüm, onu da itirdim. Qardaşım, atam, orkestrimdə ən sevdiyim gitarist öldü.

Bunların hamısı beş il ərzində oldu. Boşandım, o ən yüngülü bu idi. İtirməli bir şeyim qalmayıb. Evim yansa, dönüb baxmaram. Mən səhv etdiyimi bilirəm. İçməsəm səhv etmərəm, bunda əminəm. Alkoqolu tərk etdiyim gün ağrılarım da azalacaq”.

 

0.017087936401367