Gəncə icra hakimiyyəti ilə bağlı məhkəmədə iddia qaldırıldı

Gəncə icra hakimiyyəti ilə bağlı məhkəmədə iddia qaldırıldı
 

Gəncə şəhərİcra Hakimiyyəti vətəndaşla yaşadığı torpaq mübahisəsi səbəbindən məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, icra hakimiyyəti ilə bağlı məhkəmədə iddianı şəhər sakini İsmayıllı Bahar Mirzə qızı qaldırıb. İşin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. İddiaçı torpaq mübahisəsi səbəbindən icra hakimiyyətini məhkəməyə verib.

İşə 27 iyun tarixində Gəncə Apellyasiya Məhkəməsində hakim Rəşad Mamedovun sədrliyi ilə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

 

0.031929016113281