"Çox pis idi" - "Sihirli annem"in aktrisası

 

"Sihirli annem" serialında rol alan aktrisa Nevra Serezli canlandırdığı obrazla bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, 79 yaşlı aktrisa "Dudu" obrazını bəyənmədiyini dilə gətirib:

"Bu serial mənə zövq vermədi. Çünki rolum çox asan idi. Aktrisa dediyin obrazı canlandırarkən əziyyət çəkməli, evə gedəndə gecə "Sabah necə oynayacağam?" deyə, özünə sual etməlidir. Fikirdən yata bilməməlidir. Serialda oynadığım 6 mövsüm ərzində bircə dəfə də olsun yuxum qaçmadı. Nə edəcəyim bəlli idi. Edir və evə qayıdırdım",

N.Serezli bu il "Avroviziya"da qalib gələn isveç təmsilçi Nemoya da münasibət bildirib:

"Küçədə dırnağı boyalı, əynində ətək kişi görmək istəmərəm. Əgər həmin lak səhnə üçün çəkilibsə, bunu bir yerə qədər anlaya bilərəm. Bu il "Avroviziya"da elə bir müğənni qalib gəlib. Çox pis idi".

 

0.021151065826416