"YouTube" reklamlara baxmayanlarla mübarizə aparmaq üçün yeni üsul tapdı

 

Reklam bloklayıcıları quraşdıran istifadəçilər "YouTube"da videoları izləməkdə yenidən problemlə üzləşəcəklər.

Qaynarinfo xəbər verir ki, bu barədə "9to5Google" yazır.

Bu həftə reklam bloklayıcıları quraşdıran istifadəçilər "YouTube" oxudulan zaman yalnız videonun sonunu görməyə başlayıblar. Digər problemləri də müşahidə edilib: təkrar video oxudulma, video göstərilmədən sonsuzadək yüklənmə və s. Eyni zamanda, reklam bloklayıcısı söndürdükdən sonra videolar həmişəki kimi oxudulur. Bunu nəzərə alaraq, istifadəçilər bunun "YouTube"un reklam bloklayıcılarından istifadəni dayandırmaq üçün qəsdən atdığı addım olduğunu düşünməyə başlayıblar.

Bu, tamamilə mümkündür, lakin bunun reklam bloklayıcısının özü ilə bağlı problem olması da mümkündür. Bu ilin əvvəlində "AdBlock"dakı səhv videoların yavaş yüklənməsinə və "YouTube"un işlədiyi avadanlıqda həddindən artıq yüklənməyə səbəb olub. Həmin vaxt da güman edilirdi ki, bütün bunlar "YouTube"un platformasının yeni tədbirlərinin nəticələridir.

Son bir neçə ay ərzində "YouTube" reklam bloklayıcılarının qarşısını almaq üçün səylərini artırıb. Xüsusilə, platforma insanlardan reklamların bloklanmasını aradan qaldırmağı xahiş edən bildirişlər göndərir. Aprel ayında "YouTube" xəbərdarlıq edib ki, reklamı bloklayan mobil proqramı olan istifadəçilər problemlər və oxutma xətası mesajları ilə üzləşə bilərlər.

 

0.070847988128662