2 mindən artıq insan diri-diri torpaq altında qaldı 

2 mindən artıq insan diri-diri torpaq altında qaldı 
 

Sakit okeanın cənubunda yerləşən Papua Yeni Qvineyada torpaq sürüşməsi nəticəsində 2 mindən artıq insan torpaq altında qalıb.

Bu barədə açıqlama verən Papua Yeni Qvineya hökuməti Enqa əyalətinin dağlıq Kaokalam kəndindəki faciə ilə əlaqədar BMT-dən yardım istəyib.

Papua Yeni Qvineya Milli Fəlakət Mərkəzindən verilən açıqlamada sürüşmə nəticsində 2 mindən çox insanın diri-diri  torpaq altında qaldığını və fəlakətin böyük dağıntılara səbəb olduğu bildirilib.

Qeyd edək ki, mayın 24-də Cənubi Sakit okean ölkəsi Papua Yeni Qvineyanın şimal-qərbində yerləşən Enqa vilayətinin Kaokalam kəndində torpaq sürüşməsi baş verib.

 

 

0.015583992004395