"EV3" avtomobili təqdim edildi

 

Koreyanın "Kia" korporasiyası süni intellekt (AI) ilə inteqrasiya olunmuş "EV3" avtomobilini təqdim edib.

Paralel.az xəbər verir ki, bu barədə "TechCrunch" məlumat yayıb.

Şirkət nümayəndələri bildiriblər ki, bu, "OpenAI"dən populyar söhbət botu olan "ChatGPT"nin ciddi şəkildə yenidən işlənmiş versiyasıdır.

Bu avromobil ChatGPT inteqrasiya olunmuş ilk avtomobildir.

Böyük dil modeli (LLM) istehsalçı tərəfindən elə konfiqurasiya edilib ki, sürücü səslə musiqi və radionu dəyişdirə, səyahət marşrutları qura və elektromobilin digər funksiyalarını idarə edə bilsin. Buraxılan avtomobildə həmçinin iki multimedia ekranı var - sürücü və sərnişin üçün.

"Kia" "EV3" 600 kilometr məsafə qət edən 81,4 kilovat-saatlıq akkumulyatora malikdir. GT-line elektromobilinin xüsusi versiyası saatda 100 kilometr sürəti 7,5 saniyəyə yığa bilir. Şirkətdən bildirilib ki, kompakt krossover şəhərdə avtomobil sürmək üçün nəzərdə tutulub.

"ChatGPT "ilə təchiz edilmiş avtomobil iyul ayında Cənubi Koreyada satışa çıxarılacaq və ilin ikinci yarısında ABŞ və Avropaya ixrac ediləcək.

 

0.020298957824707