Yepiskop Ermənistanın Baş nazir olmaq istəyir

Yepiskop Ermənistanın Baş nazir olmaq istəyir
 

Ermənistanda müxalif “Tavuş Vətənin uğrunda” Hərəkat Tavuş yeparxiyasının baş yepiskopu Baqrat Qalstanyanın Baş nazir postuna namizədliyini irəli sürüb.

Paralel.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu bu gün İrəvanın Respublika meydanında keçirilən mitinqdə “Tavuş Vətənin uğrunda” Hərəkatın liderlərindən olan Qurgen Melikyan bəyan edib.

Baqrat Qalstanyan isə bildirib ki, heç vaxt məsuliyyətdən yayınmağa çalışmayıb. Onun sözlərinə görə, Baş nazir postuna namizədliyini Bütün Ermənilərin Katolikosu ilə müzakirə edib və qərara gəlib ki, din xadimi kimi 30 illik fəaliyyətinə ara versin.

0.017019033432007