Hansı kişilər qadınların diqqətini cəlb edir? - Bürcə görə fərqlər

Hansı kişilər qadınların diqqətini cəlb edir? - Bürcə görə fərqlər
 

"Hansı kişilər qadınların diqqətini cəlb edir" sualı hər zaman insanları maraqlandırıb. Astroloqlar isə bunu həmçinin bürclərlə əlaqələndirirlər. Onlar bu dəfə hansı bürcün necə kişiləri bəyəndiyini araşdırıblar.

Yenisabah.az siyahını təqdim edir:

Qoç: Bu bürcün qadınları özləri-özlərini qoruyur, yəni kişilərin köməyinə o qədər də ehtiyacları yoxdur. Çünki güclü qadındırlar. Güclü qadınlar isə zəif kişiləri xoşlamırlar. Romantik insan deyillər. Kişi maraqları onlara daha yaxındır. Məsələn, futbola baxmağı xoşlayırlar. Şəfqət və sevgi yerinə ehtiras və seksuallığa üstünlük verirlər. Özü kimi aktiv, güclü, azad kişiləri sevir. Əgər idmanla məşğul olursunuzsa, mütləq sizə də aşiq olacaq.

Buğa: Bu bürcün qadınları üçün sevgi-məhəbbət hər şeydən əvvəl gəlir. İkinci yerdə isə əlbəttə, pul dayanır. Həyatın bütün gözəlliklərini dadmaq istəyən şən qadın tipidir. Çalışqandır, görüşdüyü kişinin də çalışqan olmağını istəyər. Zövqü üst-üstə düşən kişiləri çox bəyənir.

Əkizlər: Əkizlər bürcünün qadınları eyni dam altında uzun müddət bir kişi ilə yaşaya bilmir. Elə buna görə də qısqanc kişilər ona görə deyil. Kiçik eşqbazlığa göz yuman kişi ilə daha rahat olur. Bu, onun üçün, bir növ, oyundur. Bu oyunu onunla paylaşan kişilərə maraq göstərir. Savadlı və uzun-uzadı müzakirələr aparıb maraqlı söhbətlər edən kişilərə də "yox" deməz. Çünki bu tip ağıllı qadınların beyin gimnastikasına ehtiyacı var. Ruhu hər yaşda gənc qaldığı üçün orta yaşlarından gənc kişilərlə görüşməyi sevər. Səyahəti sevən və flirt edə biləcək bir kişiyə yox deməz.

Xərçəng: Onun nümayəndələri qarşı cinsdə yaxşı ər və atalıq xüsusiyyətlərini axtarır. Çünki özü də ailəcanlıdır. Sevdiyi kişiyə dadlı yeməklər hazırlamağı xoşlayır, həm də yaxşı aşpazdır. Yəni mütləq deyil ki, onu bahalı restorana aparasınız. Problemlərini özü həll edə biləcək qədər güclü olmasına baxmayaraq, sevdiyi insanın ona yardım etməsi xoşu gəlir. Diqqətsizliyi bağışlaya bilmir.

Şir: Kişidən sevgidən daha çox hörmət gözləyir. O, əsl şahzadədir. Tənqidlərə dözə bilmir. Tərifdən ötrü ürəyi gedir, xüsusən də, başqalarının yanında. O, hər şeyin möhtəşəm olmasını istəyir. Bacarıqlı və zəngin kişiləri sevir. Utancaq və romantik kişiləri isə xoşlamır.

Qız: Qadın onun sirrinin açılmasını gözləyən xəzinədir. Buna görə də sirli tərəflərinizi tanış olan kimi açıb tökməyin. Maraqlı və sirli tərəfləriniz nə qədər çox olsa, münasibətləriniz o qədər çox davam edər. Ona boşuna özünüzü izah etməyə çalışmayın. Heç bilmədiyiniz xüsusiyyətlərinizi öyrənməyə, kəşf etməyə çalışar, bir az keçəndən sonra özünüzü psixoloq seansındaymış kimi hiss edərsiniz. Bu bürcün qadınlarının sevgilisi mütləq ağıllı və müdrik olmalıdır. 24 saat birlikdə olsanız da, sizə məktub yazar və əhvalınızı öyrənər.

Tərəzi: Bu bürcün qadınları ciddi və normal münasibət qurarlar. Birlikdə olduğu kişinin ideal və özünə uyğun olmasını istəyər. Məsələn, boyunuz uzun, özü isə orta boydursa, bu onun üçün problem təşkil edər. Kobud və küçədə qışqır-bağır salıb, yüksək səslə danışan kişilərdən zəhləsi gedir. Özünə uyğun olan kişi ilə mümkün qədər tez evlənmək istəyər. Çünki bir daha qarşısına belə kişi çıxmayacağını düşünər. İncəsənətə marağı olan kişilər də onun maraq dairəsinə daxildir. Sənətçi olmasanız da, gözəl bir rəsmlə təəccübləndirə bilərsiniz.

Əqrəb: Olduqca ehtiraslıdır. Kişiləri yaxşı tanıdığı üçün onlardan fantastik şeylər gözləməzlər. Səhvləri və qüsurları ilə sevməyi bacarar. Sevdiyi insanın yanlışlarına göz yumar. Amma xəyanəti heç vaxt bağışlamaz. Əqrəb qadını ilə birlikdə olan kişi çox şanslıdır. Çünki o kişini heç bir qadın əqrəblər qədər sevməz. Onu aldatsa belə, ömür boyu sevgisinə sadiq qalar...

Oxatan: Qadınları xarici ölkənin kişilərinə vurulur, idmançıları da... Ciddi problemləriniz varsa, onun yanına yaxınlaşmayın. Qısqanc kişilərə isə nifrət edir. Çünki oğlanlara dostluq etməyi xoşlamır. Qadağalar qoysanız, son söhbətiniz ola bilər.

Oğlaq: Oğlaq-qadın ilə birlikdə olmaq üçün səbir etməlisiniz. Çox güman ki, onun sizdən xoşu gəlir, sadəcə bəlli etmir. Tələssəniz, qaçar. Realistdir, xəyallara inanmır. Qısa və qeyri-ciddi münasibətlər ona görə deyil. Sağlam münasibətlər qurar. Planlarını dəyişdirməyi xoşlamaz. Onu harasa dəvət etmək istəyirsinizsə, bunu ən az bir həftə əvvəlcədən xəbərdar edin.

Dolça: Qısqancsınızsa, bu qadına yaxın durmayın. Uzaqdan baxanda sizə görə olmadığını müəyyən edəcəksiniz. Çünki xarici görünüşü ilə insanları hövsələdən çıxara bilər. Romantik sevgilidən daha çox, əyləncəli və macəraları xoşlayan tiplərə üstünlük verir. Onu əldə etməyin tək yolu yaxşı dostluğunu qazanmaqdır.

Balıq: Bu romantik və həssas qadının qəlbinə toxunmaq günahdır. Onun kimi fədakar qadın tapa bilməzsiniz. Həssas və göz yaşlarını saxlaya bilməyən qadının arxasında güclü qadın yatır. Ən pis günlərdə sizə yardım etmək üçün əlindən gələni edər. Balıqlar kiməsə kömək edirsə, deməli, siz onun üçün çox dəyərlisiniz. Səhvlərinizi bağışlayar. Amma kobudluğunuzu üzünüzə gülsə də, bağışlamaz və sizi sakitcə tərk edər.

 

0.085945129394531