Hər şeyi ürəklərindən keçirən BÜRCLƏR
Bəzi insanlar həddindən artıq sentimentaldır. Hər xırda şeydə güclü emosiyalar yaşayırlar. Astroloqlar bu vəziyyəti ən çox yaşayan bürclərin adın çəkiblər.
Lent.az həmin bürcləri təqdim edir:
Siyahıda ilk olaraq Balıqlar bürcüdür. Onlar idealist və romantikdirlər. Həyatları boyu dəyişmirlər. Hər yerdə gözəllik axtarışındadırlar və bütün detalları incəliklə hiss edirlər. Duyğu dalğasında onlar vacib şeyləri unuda bilərlər.
Xərçənglər də həssasdırlar. Onlar hissləri arxasında gizlənməyi və emosiyaları tək yaşamağa məcbur olurlar. Bununla yanaşı, Xərçənglər başqalarının emosional vəziyyətindən də çox narahat olurlar.
Sərt xarakterləri ilə bilinən Buğalar da bir o qədər emosionaldırlar. Onlar çoxlu keçmiş anları xatırlayır və köhnə dostlarla görüşü xoşlayırlar.
Buğa həm də romantikanı sevir. Özlərinə kiçik sürprizlərin edilməsi onları xoşbəxt edir.