Sabiq deputat Mehdiyevə yazdığı gizli məktubu yayılıb - Sensasiyalı adlar + TAM MƏTN
Sabiq deputat, eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb. Gizli məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub.
Paralel.az “musavat.com”-a istinadla həmin məktubun tərcüməsini təqdim edir:
Hörmətli Ramiz müəllim!
Bu məktub sırf şəxsidir, yalnız sizin oxumağınız üçündür. Yenə məcbur olub sizə müraciət edirəm ki, mənə ailəmin cismindəki bu bədxassəli şişin – Fərman Məmmədovun öhdəsindən gəlməkdə köməklik göstərəsiniz. 3 ildən artıqdır ki, mənim qanımı içir, (o cümlədən sizə) saysız-hesabsız yalan və böhtan dolu məktublar göndərir. O, uzun müddət ailəmizə yaxın olub, mənim etibarımı qazanıb, indi də öz xeyrinə redaktələr edib, hoqqabazlıq edərək, mətbuatda, müxalifət saytlarında şəxsi videolarımızı, fotolarımızı dərc edir.
Oğlum o videolarda istirahət edir, bu qızla zarafatlaşır, “banan”da üzür
Elnur İbrahimovun (pul mənimsəyən piramidanın yaradıcısı) işi üzrə istintaq başa çatıb, sübut olunub ki, bizim bu Fərmana heç bir borcumuz yoxdur, əksinə, hələ də bizə 100 mindən çox borcu var. Onun bütün yalanları üzə çıxdı, həm məhkəmədə, həm də istintaqda ziddiyyətli ifadələr verdi, bütün əlaltıları ondan uzaqlaşdılar. Və beləliklə o, tam dəli, sadəcə olaraq onun təxribatlarına boyun əymədiyimiz üçün bizdən qisas almaq üçün (1 il əvvəl ölən qızın qohumlarından alıb) oğlumun bəzi videolarını Meydan TV-də yayımlamağa başlayır. Oğlum o videolarda istirahət edir, bu qızla zarafatlaşır, “banan”da üzür (su əylənsi üçün banan şəkilli predmet), hovuzda və s. Orada xüsusi bir şey yoxdur, xüsusən kriminal bir şey, oğlum narkoman deyil, o siqaret belə çəkmir, xaricdə hesabı və villası yoxdur. Gecə-gündüz işləyir, 3 uşağı dolandırmaq üçün çalışır, mənə də kömək edir.
Ramiz müəllim, onun bu anti-PR-a nə qədər pul xərclədiyini bilsəydiniz!
... Amma bu avara Fərmanın Prezidentə bir qəpiklik xeyri dəymir və əfqanların pulundan, malından varlanıb (bizdə bütün dəlillər var), bizə də gecə-gündüz böhtan atır.Onu bizim oliqarxlar maliyyələşdirir! İdman naziri Azad Rəhimov və onun dostu Elçin Hüseynov Fərmana məxsus binalarda almazlarını və zəngin ev dizaynı əşyalarını satırlar. Bir dəfə Fərman özü mənə dedi ki, onlardan ayda 12-15 min dollar alır. Və bu pulla bütün həyatını Azərbaycanın imicinin möhkəmlənməsinə həsr etmiş olan mənə qarşı işləyir. Yəni Fərman faktiki olaraq müxalifətə işləyir. Ramiz müəllim, onun bu anti-PR-a nə qədər pul xərclədiyini bilsəydiniz!
Bu o deməkdir ki, onlar üçün pul və qazanc…
Bir neçə dəfə Azad Rəhimovdan komsomol illərindən dostu olan Fərman Məmmədovu sakitləşdirməsini və Fərmanın gəlir mənbələrini itirməsi üçün bu lənətlənmiş ofisindən getməsini xahiş etdim. Azad Rəhimov dedi ki, biz oranı çox bahalı təmir etmişik, oradan niyə getməliyik? Bu o deməkdir ki, onlar üçün pul və qazanc bir qadının, prezidentin komandasına daxil olan dövlət xadiminin nüfuzundan daha vacibdir.
Mirşahinin rəhbərlik etdiyi “Real TV” “Meydan TV” ilə birgə xora qoşulub
Buradan biz çox uzaqgedən nəticələr çıxara bilərik. İndi də bu pullar “Meydan TV”-yə işləyir və məndə məlumat var ki, Fərman və onun dəstəsi də dövlətimizin əleyhinə işləyir, müxalifətə sponsorluq edir. "KQB" bu əlaqələri aşkar edə bilərdi. Fərman “Gündəlik Bakı”nın baş redaktoru Habil Vəliyevlə əlaqə saxlayır və bu reket qəzetdə bizim əleyhimizə yazılar dərc etdirirdi. İndi Fərman və onun əlaltıları “Azadlıq”la, Emin Milli ilə Mirşahində işləyən Afət Telman qızı vasitəsilə ona materiallar göndərirlər. O, sosial şəbəkələrdə günlərlə haqqımızda nifrət dolu yazılar yayan Fərmanın “əlaltısı”nın – Şahin Məhərrəmlinin əmisi qızıdır. İndi də Mirşahinin rəhbərlik etdiyi Real TV Meydan TV ilə birgə xora qoşulub.
Mirşahinin də Emin Milli ilə əlaqə saxladığı və Azərbaycandan ona material ötürdüyü ortaya çıxsa, təəccüblənmərəm. Təsəvvür edin, mən deputat, xalq yazıçısı ona bütün günü-axşam zəng vururam, o da mənə yazır ki, məşğuldur, yoldadır və s...