Cavid Qurbanovun oğlu da deputat olacaq? - Qohumlar xəbərsizdir
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirlinin bu il keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcəyi bildirilir.
Pravda.az-ın xəbərinə görə, Ş. Şəmşirlinin 123 saylı Kəlbəcər seçki dairəsi üzrə mübarizə aparacağı qeyd olunur.
Özü ilə əlaqə saxlamaq imkanımız olmayıb. Yaxınları isə bu məsələdən xəbərsiz olduqlarını deyiblər.
Onlar bildirinlər ki, seçkilərdə iştirak edib-etməmək onun öz qərarıdır.
Qeyd: Hazırda 123 saylı Kəlbəcər seçki dairəsinin deputatı Aqil Məmmədovdur. O, C.Qurbanovun qohumudur.
Xatırlatma: Şəmşir Şəmşirli bir müddət öncə öz istəyi ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraat idarəsinin rəis müavini vəzifəsindən ayrılıb.