Qadının əsnədi, bədbəxt hadisə baş verdi - ABŞ-də
ABŞ-də qadın əsnəyərkən bədbəxt hadisə ilə üzləşib.
"Unikal" xəbər verir ki, qadının əsnədiyi zaman çənəsi kilidlənib. Elmi adı trismus adlanan bu vəziyyət qadını və ailəsini narahat edib. İlk zaman amerikalının ailəsi onun zarafat etdiyini düşünüb.
Lakin çənəsini bağlaya bilməyən qadın xəstəxanaya üz tutub. Cennanın çənəsini normal vəziyyətinə qaytarmaq üçün dörd həkim lazım olub. Onun əzələlərini rahatlaşdıran xüsusi vasitələr veriblər.
"Əzələləriniz spazm ola bilər və alt çənəniz yerindən sürüşə bilər ki, bu da trismusa səbəb ola bilər", - deyə həkimlərdən biri qeyd edib.
Hadisə ilə gündəmə gələn Cenna indi əsnəməkdən qorxduğunu açıqlayıb.