Mineral sulan niyə yaşıl butulkalarda istehsal olunur? - Maraqlı 3 səbəb

Mineral sulan niyə yaşıl butulkalarda istehsal olunur? - Maraqlı 3 səbəb
 

Mineral su şüşələrinin hamısında ortaq bir xüsusiyyət var. Onların əksəriyyəti yaşıl rəngdə dizayn edilib.

Yenisabah.az xəbər verir ki, bunun 3 səbəbi var. Bunlara istehsal xərclərinin azaldılması və içkilərin daha uzun müddət saxlanmasını təmin edilməsi kimi amillər daxildir.

Yaşıl rəngli şüşə qəhvəyi və mavi kimi digər şüşə rənglərindən daha ucuz və asan istehsal olunur. Çünki yaşıl şüşə, adətən, təkrar emal olunmuş şüşədən hazırlanır. Bu, xərcləri azaltmaqla yanaşı, istehsalı asanlaşdırır və prosesi sürətləndirir.

Yaşıl rəng təbiilik və təravətlə əlaqəlidir. Bu da yaşıl rəngli şüşələrin məhsulun istehlakçı üçün daha cəlbedici olmasına kömək edir.

Günəşdən gələn ultrabənövşəyi şüalar şüşə üzərində əks olunduqdan sonra içindəkilərin dadını və ya qoxusunu poza bilər. Lakin yaşıl rəng günəş işığından yaxşı qorunma təmin edir. Beləliklə, şüşələrin yaşıl rəngdə dizayn edilməsi, günəş işığından gələn UV şüalarına məruz qalmağı azaltmaqla məhsulun xarab olmasının və keyfiyyətinin itməsinin qarşısını alır. Təbii ki, bu həm də məhsulun saxlama müddətini uzadır.

Qeyd edək ki, yaşıl butulkalar daha az enerji istifadə edərək istehsal olunur, beləliklə də istehsal prosesi zamanı daha az karbon emissiyası olur. Həmçinin bu uzunömürlü yaşıl şüşələr təbiətdə daha az tullantıya səbəb olur.

 

0.01842999458313