Makiyajın üzdə uzunmüddətli qalması üçün bunları edin
Gərgin keçən günlərin fonunda adətən makiyaj üçün ayrılan vaxt yalnız səhər olur. Makiyajın artıq günün ortasında axması və ya silinməsi xanımları qıcıqlandırır.
Axşam.az gün sonuna qədər qalıcı makiyajın sirlərini təqdim edərək, vaxtınıza qənaət etməyinizə yardımçı olacaq.
1. Prosesə pilinqlə başlayın
Üzü makiyaja hazırlamaq üçün məsamələri təmizləyin və pilinq edin. Hər səhər buna ayırmağa vaxtınız yoxdursa, təmiz dəsmalı bir az ilıq su ilə isladıb üzünüzü yumşaq şəkildə ovuşdurun. Bu həm dərinizi nəmləndirəcək, həm də qan dövranını sürətləndircəkdir. Bu proses nəmləndirici kremin üzünüzə daha yaxşı hopmasına yardımçı olacaq.
2. Nəmləndirici tətbiq edin
Birinci mərhələni bitirdikdən sonra üzünüzü qurutmadan nəmləndirici istifadə edin. Yağlı dəriyə sahib olan xanımlar, bu halda nə edəcəklərini düşünsə də, düzgün nəmləndirici seçərək problemi aradan qaldıra bilərsiniz. Bu kremlər cild üçün qalxan rolunu oynayır.
3. Düzgün vasitələr seçmək
Makiyaj zamanı istifadə etdiyiniz tonla kremdən tutmuş göz qələminə qədər bütün vasitələrin qalıcı və keyfiyyətli olduğundan əmin olun. Məhsulu almazdan öncə mağazada yoxlayıb, bir gün boyunca vaxt keçirin. Tonal kremin rəngi günün sonunda dəyişmir, tuşdan sonra kirpikləriniz tökülmür, layner axmır, dodaq boyası dodaqda çatlar və ya qabıq yaratmırsa, ondan istifadə edin.
4. Dodaq boyasını sabitləyin
Su, çay içdikdən sonra stəkanda qalan izlə qarşılaşmaq istəmirsinizsə, boyanı çəkdikdən sonra dodaq boyası ilə onu sabitləyin. Bir başqa üsul isə kağız dəsmalı dodağa qoyub, fırça ilə üstünə basdırmaqdır. Bu, dodaq boyasını mat, dolğun və qalıcı edəcəkdir.