ABŞ-də neft ehtiyatının azalması qiyçəti bahalaşdırdı
Bu gün neft qiymətləri artıb.
Paralel.az-ın məlumatına görə, "Brent" markalı neftin iyul fyuçersləri 0,31 dollar və ya 0,4% artaraq bir barel üzrə 83,89 dollar olub. ABŞ-ın Qərbi Texas (WTI) neftinin iyun fyuçerslərinin qiyməti 0,39 dollar və ya 0,5% artaraq 79,38 dollar/barel olub.
Buna səbəb isə ABŞ-nin xam neft ehtiyatlarının azalması və Çində idxalın ildən ilə artması olub.
Belə ki, dünyanın ən böyük neft istifadəçisi olan ABŞ-də xam neft ehtiyatları ötən həftə 1,4 milyon barel azalaraq 459,5 milyon barrelə enib. Bu isə Enerji İnformasiya Administrasiyası analitiklərinin 1,1 milyon barellik gözləntilərini üstələyib. Bu dövrdə neft emalı zavodunun fəaliyyəti sutkada 307 min barel artdığı üçün ehtiyatlar azalıb.
Çində isə aprel ayında neft idxalı illik müqayisədə 5,45% artım nümayiş etdirib.