Paşinyana qarşı impiçment o zaman olar ki... - Saqatelyan açıqladı
Parlamentdə Paşinyana etimadsızlıq prosesi o zaman başlayacaq ki, xalqın iradəsini diktə etmək üçün küçələrə lazımi və yetərli qüvvə çıxıb.
Bunu "Daşanaksütun" partiyasının liderlərindən olan və parlamentin müxalifətçi deputatı İşxan Saqatelyan öz Facebook səhifəsində yazıb.
Müxalifətin Paşinyan hakimiyyətinin impiçment prosesinə başlamaması ilə bağlı məsələyə aydınlıq gətirən Saqatelyan deyib ki, mübarizənin məntiqi yekunu olaraq parlammentdə impiçment prosesinin başlanması ola bilər. "Lakin biz bu prosesə vaxtından əvvəl başlamaq və zəmanətli uğursuzluğa gətirib çıxarmağı yolverilməz hesab edirik. Biz bu prosesə o zaman başlayacağıq ki, xalqın iradəsini diktə etmək üçün küçəyə yetərincə səviyyədə qüvvə çıxacaq”, - Saqatelyan qeyd edib.