Azərbaycanın iki badmintonçusu Paris olimpiadasına lisenziya qazanıb

Azərbaycanın iki badmintonçusu Paris olimpiadasına lisenziya qazanıb
 

Azərbaycanın iki badmintonçusu Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Paralel.az xəbər verir ki, Beynəlxalq Badminton Federasiyasının bu gün açıqladığı reytinq cədvəlinə əsasən, Edi Reski Dviçayo və Keyşa Fatimə Zəhra adıçəkilən yarışda iştirak etmək hüququna yiyələniblər.

Dviçayo reytinqdə 28-ci, Zəhra isə 31-ci yerdə qərarlaşıb.

Bununla da Azərbaycanın olimpiya lisenziyalarının sayı 20-yə çatıb.

 

0.019484996795654