Qadının telefon şifrəsini həyat yoldaşı bilməlidirmi?

Qadının telefon şifrəsini həyat yoldaşı bilməlidirmi?
 

Azərbaycanda kişi həyat yoldaşını telefonun gizli şifrəsini ona vermədiyi üçün döyüb. 

Qaynarinfo xəbər verir ki, hadisə bu il fevral ayında Abşeron rayonunda baş verib. İşlə bağlı məhkəmə prosesində kişi məsuliyyətdən azad edilib. 

Bəs, qadının telefonun şifrəsini həyat yoldaşı bilməlidirmir? 

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova Qaynarinfo-ya açıqlamasında bildirib ki, ailədə qarşılıqlı hörmət olmalıdır:

"Telefon ailə məsələlərinin gərginləşməsində bəhanə və yeni yanaşmadır, kişi düşünür ki, arvadı kiminləsə yazışır, ya da kənarda adamı var. Yaxud da qadın düşünür ki, həyat yoldaşının başqa bir qadını var, buna görə telefonuna kod qoyur. Bəzi hallarda qadın da telefonunu gizli işlədir. Belə hallar ailəyə də söz-söhbət salır. Məsələn, qadın mesencerdə heç nə yazmır, amma qadına kimsə yazır, tanış olmaq istəyir. Nəticədə bunun da günahkarı qadın olur, döyülür". 

Mehriban Zeynalova onun telefonunun evdə masa üzərində olduğunu vurğulayıb:

"Ərim yoxdur, amma oğlum var. Ona telefonuma baxmağa qadağa qoymamışam, amma bir dəfə də olsun oğlum telefonuma baxmayıb. Yəni, etik hesab eləmir, düşünür ki, anasının telefonuna baxmaq yaxşı hal deyil. Qarşılıqlı hörmət varsa, hər iki tərəf telefonunun şifrəsini bir-birinə verə bilər. Ailə bir-birinə hörmət etməlidir, münasibətdə şəffaf olmalıdırlar. Mən telefonumun kodunu niyə gizlətməliyəm? Kişi də telefonunu arvadından niyə gizlətməlidir? Yaxud da telefon niyə koda qoyulmalıdır? Bu sualların cavabı var".

Mehriban Zeynalova dövlət işində işləyən kişilərin telefonun kodda olmasına müsbət yanaşdığını hesab edir:

"Hansısa dövlət işində işləyirsən, sirr var, onu məxfi saxlayırsan. Biri də var ailə münasibətləri. Telefonun kodda qalması ailədə tərəflər arasında hansısa şübhələr yaradır. Qarşı tərəf onu öyrənməyə cəhd göstərəcək, yaxud da şübhələr içində yaşayacaq və s. Bu da münasibətləri gərginləşdirəcək. Ailə münasibətlərində telefonda kodun olub-olmaması kimə lazımdır. Mən bunu artıq məsələ hesab edirəm".
 

 

0.021045923233032