Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində nazirin 30 aprel tarixində Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.