Ukrayna xarici silahlarla bu şəhərə ZƏRBƏ ENDİRDİ

Ukrayna xarici silahlarla bu şəhərə ZƏRBƏ ENDİRDİ
 

Ukrayna ordusu rusiyanın işğalı altında olan Zaporojye vilayətinin Tokmak şəhərinə xaricdən alınan idarə olunan bombalarla zərbə endirib.

Bu barədə TASS əməliyyat xidmətlərinə istinadla məlumat yayıb.

Atılan üç bombadan ikisinin qarşısı alınsa da, birinin hədəfinə çatdığı deyilir.

Hücum nəticəsində iki nəfər yaralanıb, yaşayış binasına ziyan dəyib.

 

 

0.038900136947632