Prezidentlər Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB

Prezidentlər Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
 

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb.

Bu məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Məlumatda vurğulanıb ki, prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar.

***
Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

 

0.020454168319702