Rusiya ilə dost olmaq lazımdır... 
 

Rusiya ilə dost olmaq lazımdır...  
 

Tapdıq Abbas
Qarabağ müharibə veteranı, "Əməkdar Mədəniyyət işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Azad Jurnalistər Təşkilatı" İB dönəm sədri, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü.

Azərbaycanın bütün dövlətlərlə normal münasibət qurması yaxşı ənənədir...
 
Bu həftə ölkə Prezidenti Rusiya prezidentinin dəvətilə bu ölkəyə səfər etdi. Səfər zamanı bir sıra ilginc məqamlar yadda qaldı. Xüsusən hər iki prezidentin, İlham Əliyevlə Putinin görüşü və digər görüşlər yaddaşlarda dərin iz qoydu. Rusiyanın for-postu Ermənistanın xəyanəti Azərbaycanla mehribançılığı xeyli gücləndirib...

Rusiya yetgililərinin münasibətlərindən aydın hiss olunur ki, Azərbaycana qarşı edilmiş tarixi pisliklərin izlərini itirmək istəyirlər... Amma və lakin o da hiss olunur ki, çox dərin yaraları sağaltmaq o qədər də asan deyil, nə isə...
Qeyd edim ki, Rusiya türk-müsəlman olduğumuza görə, bizə çox etibar etməsə də, hazırkı Azərbaycan - Rusiya münasibətləri yüksək səviyyədədir. Xüsusən Paşinyan Ermənistanın baş nazir postuna gəldikdən, Rusiya ilə müttəfiqlikdən və KTMT üzvlüyündən imtina etmək, Ermənistanı Qərbə inteqrasiya etmək istəyini açıqlayandan sonra Rusiyanın Azərbaycana bəslədiyi düşmən münasibətlər dost münasibətlərlə əvəz olunub...

Rusiya prezidentinin mətbuat katibi Peskovun: - "Azərbaycan Rusiyanın böyük dostudur" - ifadəsi, iki ölkə münasibətlərinin daha yüksək səviyyədə olmasından xəbər verir...

Sözsüz ki, Azərbaycan - Rusiya münasibətlərinin yüksək səviyyədə olması hər iki ölkəyə düşmən münasibət bəsləyən qüvvələrin, o cümlədən Rusiyanın təcavüz edib, müharibə ilə viran qoyduğu Ukraynaya hərbi-iqtisadi kömək göstərən Qərb ölkələrinin ciddi narahatlığına səbəb olub. Buna baxmayaraq, Azərbaycan dünyada yeritdiyi siyasi kursa uyğun hərəkət edərək, bütün dünya dövlətlərilə dost, mehriban və sülh şəraitində yanaşı yaşmaq və inkişaf etmək yoluna uğurla davam edir. Azərbaycanın düşmənləri, xüsusən Ermənistanın dostları ölkəmizin dünyada yeritdiyi bu siyasəti xoşlamır. Bu siyasətin tənəzzülə uğraması və dövlətimizin parçalanması üçün var güclərilə çalışırlar. Aydın hiss olunur ki, Rusiyanın tarix boyu Azərbaycana qarşı tutduğu düşmən mövqeyi hazırda Ermənistanın dostları, xüsusən Qərb dövlətləri tuturlar...

Lakin Azərbaycan tutduğu siysi kursa uyğun olaraq hərəkət edir, hətta aralarında qanlı müharibə gedən hər iki ölkə ilə - Rusiya və Ukrayna ilə dostluq münasibətlərini qoruyur, yerigəldikcə müharibə edən hər iki dövləti qanlı müharibəni dayandırıb, barış, sülh masası arxasında oturmalarna təşəbbüs göstərir, əlindən gələn dost köməyini əsirgəməyir. Lakin Azərbaycan dövləti müharibə edən hər iki dost dövlətin müəyyən etdiyi siyasi kursa hörmətlə yanaşır. Amma Azərbaycanın yeritdiyi bu siyasət Qərbin, o cümlədən ABŞ, Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin, xüsusən ölkəmizə qarşı açıq düşmənçilik mövqeyi seçən Fransanı qəti qane etmir. Ermənilərdən daha çox erməni olmağa çalışan prezident Makronun komandası bütün beynəlxalq tədbirlərdə Azərbaycan əleyhinə kompaniya aparırlar...

Azərbaycanın Rusiya ilə yaxşı münasibətlərini dramatikləşdirməyə çalışan Qərb dövlərlərinin Azərbaycanın regionda dialoq və sülhsevər mövqeyinə qarşı tutduğu qərəzli, yanlış münasibəti hər kəs hiss edir. Bu qərəz demokratik Qərbin avtoritar Şərqlə təkamül yolu ilə uzlaşmasına deyil, qarşıdurmaya və didişməyə xidmət edir. Bu qarşıdurmanın isə böyüyüb dünya və nüvə müharibəsinə çevrilməsinə heç kim şübhə etmir. Artıq Qərbin hər hansı ölkəyə demokratiya, insan haqları gətirəcəyinə heç kim inanmır. Məsələn, Cənubi Qafqaz regionunda düz 30 il ardıcıl olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına, bir milyondan çox insanı qaçqın və köçkün duruma salmasına, 30 mindən çox insanı məhv etməsinə beynəlxalq hüquq normaları əsasında qiymətləndirə bilməyən Qərb dövlətlərinin ədalətsizliyini tam ifşa etdi...

Qoy, bu məsələyə beynəlxalq ictimaiyyət özü qiymət versin, Azərbaycan dövləti Ermənistanın ölkəmizə qarşı hər cür vəhşi, beynəlxalq qanunlara zidd, vandal hərəkətlərinə göz yuman Qərbin ədalətli mövqeyinə inanıb, hansı addımına hörmətlə yanaşar?! Azərbaycana qarşı ağır cinayətlər törədən Ermənistanı arxasına alan Qərb ölkələrinə inanmaq mümkün deyil! Ağır cinayətləri törədən Ermənistanı müdafiə edən, onun cinayətlərinə göz yuman Qərbə etibar etmək qətiyyən mümkün deyil!..

Bu gün təcavüzkar Ermənistana qucaq açan, onun törətdiyi ağır cinayətlərə haqq qazandıran ədalətsiz Qərb dövlətləri Azərbaycanda 300 nəfər siyasi məhbus olduğunu və onların dərhal azad olunmasını tələb etməklə, mələk libası geyinməyə çalışır, ölkədə azlıq təşkil edən narazıların rəğbətini qazanması heç vaxt Ermənistan tərəfindən yurdundan qaçqın, köçkün salınmış bir milyon insanın haqqı ilə eyniləşdirə və onlara qarşı törədilmiş ağır cinayətlər arasında özünü demokratiyanın dayağı sayan Qərb dövlətləri heç vaxt bərabərlik işarəsi qoya bilməz...

Qərb, o cümlədən bu dövlətlərə başçılıq edən ABŞ iradəsini zorla Azərbaycana qəbul etdirmək üçün ölkəmizə qarşı sanksiyalara əl atır. Bu siyasət ABŞ-nin Cənubi Qafqaz siyasətinə mənfi təsir edəcəyini dərindən dərk edən hər bir Qərb siyasətçisini bundan ciddi narahat olur. Bayden hökumətinin seçki ilində bu cür riskli addım atması onun özü üçün çox təhlükəlidir...

Azərbaycana gəlincə isə, Türk Dövlətləri Təşkilatının ittifaqa çevrilməsinə çalışmaqla, düşmənlərin həmlələrinə qarşı adekvat cavab verməklə, dost dövlətlərlə iki tərəfli, bərabər, sülhsevər xarici siyasəti davam etdirməli, qonşu dövlətlərlə, o cümlədən Rusiya ilə qarşılıqlı münasibətləri inkişaf etdirmək və dostluq münasibətlərini daha da dərinləşdirməyə təşəbbüs göstərməlidir...

 
 

0.012728929519653