Fransa hərbi baza yaratmaq istəyir, "Patriot" anonsu - Ukrayna

Fransa hərbi baza yaratmaq istəyir,
 

Fransa Ukraynada öz hərbi-sənaye kompleksinə (HSK) və ordusuna sahib olmaq istəyir.

Paralel.az xəbər verir ki, bunu beynəlxalq hüquqşünas Aleksandr Kaliniçenko Fransa prezidenti Emmanuel Makronun Ukraynaya mümkün qoşun göndərilməsi ilə bağlı son açıqlamalarını təhlil edərkən deyib.

“Fransa Ukraynada öz hərbi-sənaye kompleksinə sahib olmaq və Ukrayna hərbçilərinin təlim missiyalarını artırmaq istəyir.  Hazırda fransızlar Avropa İttifaqı səviyyəsində Polşa və Almaniyada belə təlimlər keçir. Paris bu missyanı indi Ukraynaya köçürmək istəyir. Belə obyektlər Ukraynanın qərbində ola bilər”, - Kaliniçenko əlavə edib.

Makronun Odessaya qoşun göndərilməsi ilə bağlı fikrini şərh edən hüquqşünas deyib ki, bunun iqtisadi və tarixi səbəbi var.

Bundan əlavə Ukrayna prezident Aparatının rəhbəri Andrey Yermak deyib ki, Ukrayna hava hücumundan müdafiə sistemi olan yeni "Patriot" kompleksləri alacaq. 

“Açığı, onların haradan gələcəyi bizim üçün ikinci dərəcəlidir. Əsas odur ki, onlar tez bir zamanda olsun. Bu silahların olması isə bizim şəhərlərin və insanların müdafiəsi deməkdir”, - Yermak deyib.

O qeyd edib ki, bu istiqamətdə tərəfdaşlarla hər gün söhbətlər gedir. “Əminəm ki, tezliklə yaxşı xəbərlərimiz olacaq”, - Yermak vurğulayıb.

 

0.015894889831543