“İnter” İranlı futbolçunu heyətinə qatdı
“İnter” mövsümlərarası fasilədə iranlı futbolçu Mehdi Taremini heyətinə qatacaq.
Bunu klubun idman direktoru Pyero Ausilio bildirib.
“Biz demək olar ki, əməliyyatı tamamladıq. Mehdi Taremi “Portu”dan azad agent kimi bizə qoşulacaq”, - funksioner deyib.
Qeyd edək ki, bir gün əvvəl “İnter” “Milan”ı məğlub edərək, vaxtından əvvəl Skudettoya sahib çıxıb. Bu titul klubun tarixində 20-ci analoji titul olub.
Xatırladaq ki, 2023/2024 mövsümündə Taremi “Porto”nun heyətində bütün klub yarışlarında 30 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib. İranlının klubla müqaviləsi iyunun 30-da başa çatır və bundan sonra futbolçu azad agentə çevrilir.(oxu.az)