Metyu Brayza: Regiondakı vəziyyəti çox müsbət qiymətləndirirəm
Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Metyu Brayza deyib.
O qeyd edib ki, sərhədlərin demarkasiyası məsələsi müəyyən vaxt ala bilər.
M.Brayza Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına da münasibət bildirib, o bu hadisədən şoka düşdüyünü bildirib:
"Ermənilər sülhməramlıların burada daimi qalmasını istəyirdi, çünki düşünürdülər ki, Rusiya onları həmişə qoruyacaq. Ancaq üçtərəfli sazişə əsasən onların fəaliyyəti limitli idi və artıq regionu tərk edirlər. Paşinyanın KTMT-dəki fəaliyyətini dondurmaq qərarından və Ermənistan Aİ-yə üzv olmaq niyyətindən sonra vəziyyət dəyişdi".
M.Brayza noyabrda ABŞ-da keçiriləcək seçkilərə də münasibət bildirib. O qeyd edib ki, əgər Donald Tramp hakimiyyətə gəlsə, ABŞ-nin həm xarici, həm də daxili siyasətində daha bir çılğınlıq dövrü yaşanacaq.