Çempionlar Liqasının finalı Tiflisdə keçirilə bilər
2028-ci ildə UEFA Çempionlar Liqasının finalı Gürcüstanda keçirilə bilər.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib
O, sözügedən qarşılaşmanın təşkilatçılığı ilə bağlı müraciət etməyi planlaşdırdıqlarını bildirib:
"Tiflisdə futbol və reqbi yarışları üçün 70 min tamaşaçı tutumuna malik yeni stadion tikiləcək. Həmin arena müasir standartlara cavab verəcək".