Deputat elektron siqaretin qadağan edilməsini təklif etdi - Tahir Mirkişili

Deputat elektron siqaretin qadağan edilməsini təklif etdi - Tahir Mirkişili
 

“Dünyanın bir çox ölkəsində elektron siqaretlər qadağan edilir. Hesab edirəm ki, iqtisadi və maliyyə cəhətdən problem olmazsa, bizdə elektron siqaretin ləğv edilməsi məqsədə uyğun olardı”. 

Bu təklifi parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili verib.

Onun sözlərinə görə, elektron siqaretin idxalı çoxalıb. “Artıq bu gənclər arasında bir dəb halını alıb. Amma gələcəkdə insan sağlamlığına ciddi problem yaradacaq. Ona görə də elektron siqaretin qadağan olunması məsələsinə baxıla bilər.  Bu məsələ ilə bağlı parlamentin müvafiq komitələrində müzakirə edilə bilər”, - komitə sədri qeyd edib.

 

0.043160915374756