Peskov Azərbaycanı Rusiyanın böyük dostu adlandırdı
Azərbaycan Rusiyanın böyük dostu, qonşusu və tərəfdaşıdır və bu münasibətləri inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bizim çoxlu ümumi maraqlarımız, əməkdaşlıq üçün böyük potensialımız, ən əsası isə ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri hərtərəfli davam etdirmək və inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var”, - Peskov Rusiyanın Azərbaycana böyük marağının səbəblərini açıqlayarkən deyib.