NATO Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb

NATO Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını alqışlayıb
 

NATO Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinin başlanmasını alqışlayıb.

Paralel.az xəbər verir ki, bu barədə NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Biz Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi haqqında sazişi sərhədlərin delimitasiyası üçün baza sənəd kimi alqışlayırıq. Hər iki ölkənin ərazi bütövlüyünün tanınması əsas prinsipdir. Baş katib Yens Stoltenberqin regiona səfəri zamanı qeyd etdiyi kimi, NATO normallaşma səylərini dəstəkləyir”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

 

0.022540092468262