Ermənilər etirazçılar yolu niyə açmaq istəmirlər?

Ermənilər etirazçılar yolu niyə açmaq istəmirlər?
 

Xəbər verdiyimiz kimi, Ermənistan-Gürcüstan dövlətlərarası yolunu kəsən etirazçılar bütün təzyiqlərə baxmayaraq ərazini tərk etmək istəmirlər. 

Etirazçılar magistralda tonqal qalayıblar və gecəni orada keçirəcəklərini bəyan ediblər.

Onlarla polis əməkdaşları arasında toqquşma başlayıb və tərəflər əlyaxa tutuşublar.

Ermənistanın baş naziri Tovuzqalada etirazçıların üstünə qırmızı beretliləri göndərilməsi barədə göstəriş verib.

Erməni politoloq Suren Petrosyan deyib ki, Kirants-Voskepar (Xeyrımlı-Əskipara) yolu bağlı qalacaq.

“Onların içində olan hər kəs Dilicandan, Kirantsdan tutmuş İrəvana qədər qiyam prosesinə başlamalıdır. Kirants sakini hazırda dövləti qoruyur”, - Petrosyan bildirib.

O, iddia edir ki, ən böyük yalan kəndlilərin özlərinin işdən çıxması iddiasıdır.

“Bu, ən böyük yalandır, hansı kəndə gəlsəniz, görərsiniz ki, öyrənməli çox şeyimiz var. Bu proses vasitəsilə vəziyyət dəyişə bilər, insanlar görürlər ki, vəziyyəti dəyişə bilərlər”.

Petrosyan qeyd edib ki, bu gün hamı sübut edib ki, onlardan çox şey asılıdır.

“Hər kəs üsyan və mübarizə mərkəzi yaratmalıdır və bu, şəbəkə prinsipinə uyğun olaraq artmalıdır”, - o qeyd edib. 

Xatırladaq ki, 19 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin Azərbaycana geri qaytarılması barədə razılıq əldə edilib.

 

 

0.024792909622192