İbrahim Əliyev beynəlxalq turnirdə bürünc medal qazanıb

İbrahim Əliyev beynəlxalq turnirdə bürünc medal qazanıb
 

Azərbaycanlı para-badmintonçu İbrahim Əliyev İspaniyanın Vitoriya-Qasteys şəhərində keçirilən beynəlxalq turnirdə qoşa yarışda bürünc medal qazanıb.

Bu barədə Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Sinqapurlu Tay Vey Minqlə birgə mübarizə aparan idmançımız qrup mərhələsini uğurla tamamlayıb. Növbəti - 1/4 finalda Fransadan olan rəqiblərini məğlub edən cütlük yarımfinala vəsiqə qazanıb.

Təmsilçilərimiz yarımfinal qarşılaşmasında Hindistan idmançılarına məğlub olaraq bürünc medala sahib çıxıb.

 

0.019927978515625