Sülhün ən məqbul variantı - Birbaşa danışıqlar

Sülhün ən məqbul variantı - Birbaşa danışıqlar
 

"Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya nəticəsində Azərbaycan çox möhtəşəm uğurlara və qələblərə imza atmaqda davam edir. Biz son bir neçə gündə müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq çox böyük tarixi yeni hadisələri yaşamaqdayıq. Birincisi, 2020-ci ilin 10 noybarda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli birgə bəyanata əsasən Qarabağda yerləşən rus hərbi kontingenti vaxtından əvvəl  bölgəni tərk etdi. İkincisi isə İrəvanla birbaşa danışıqlar nəticəsində Azərbaycanın işğal altında olan 4 anklav kəndi geri qaytarıldı. Azərbaycan təkcə hərb meydanında deyil, eyni zamanda  diplomatiya meydanında da öz möhtəşəm qələbəsini qazanmaqla diplomatiyamızın möhtəşəm qələbəsini qızıl hərflərlə dünya tarixinə yazmış oldu. Biz cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin  liderliyi altında Azərbaycanın hələ çoxsaylı uğurlara və qələbələrə imza atacağına şahidlik edəcəyik".

Bunu açıqlamasında deputat İltizam Yusifov deyib

Deputat bildirib ki, bu uğurlar həm Moskva ilə, həm də İrəvanla birbaşa ikitərəfli formatda aparılan danışıqlar nəticəsində mümkün oldu.

"Əldə edilən uğurlar Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki güclü oyunçu  və böyük nüfuza sahib olduğunu, eyni zamanda  geosiyasi cəhətdən mürəkkəb məsələlərin danışıqlar yolu ilə həll etməklə Prezident İlham Əliyevin dünyada necə güclü lider olduğunu sübut etdi", - o qeyd edib.

4 kəndin azad edilməsinə gəldikdə isə deputat bildirib ki, bununla bölgənin siyasi gündəliyinin  məhz Bakı tərəfindən müəyyən edildiyini sübut etdi: "Rəsmi Bakı uzun müddətdən bəridir, İrəvanla heç bir vasitəçi olmadan ikitərəfli formatda danışıqların daha effektli olacağı barədə irəli sürdüyü təşəbbüsün nə qədər doğru olduğunu ortaya qoydu. Bundan öncə İrəvanla heç bir vasitəçi olmadan aparılan danışıqlar nəticəsində erməni və azərbaycanlı əsirlər dəyişdirildi. İndi isə sərhədlərin delimitasiya və demarkasiyasi prosesi nəticəsində 30 ildən artıq işğal altında olan Qazaxın 4 yaşayış məntəqəsi bir güllə atılmadan, itki verilmədən azad edildi. 

Bakı ilə İrəvanın əldə etdiyi bu razılaşma beynəlxalq aləm tərəfindən də təqdir olunaraq müsbət qarşılandı. Bu onu deməyə əsas verir ki, heç bir vasitəçi olmadan ikitərəfli formatda aparılan danışıqlarda tərəflər daha asan razılaşmaya gələ bilirlər. Bu həm tərəflər arasında etimad mühitinin formalaşmasına, həm də sülh sazişinin qısa zamanda imzalanmasına ciddi inam yaradır. 

Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, birbaşa danışıqlar yolu ilə ən mürəkkəb məsələləri həll edib yoluna qoymaq mümkündür. Əgər İrəvan bundan sonra da Bakının irəli sürdüyü təşəbbüslərə riyatə edib danışıqları davam etdirərsə, əminəm ki, ən mürəkkəb və çətin məsələlər belə daha tez və qarşılıqlı razılaşma əsasında öz müsbət həllini tapa bilər. Bu da bölgədə daha tez bir zamanda dayanıqlı sülhün, sabitliyin, sıx əməkdaşlığın, inkişafın əldə olunmasına xidmət edər ki, bunundan da hamı qazanar. Bunun əksi isə ilk növbədə Ermənistanın maraqlarına xidmət etməyən məcrada inkişaf edər ki, bundan da itirən ermənilər olacaq".

Mürtəza

 

0.037797927856445