“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb 

“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb 
 

Restoran Azadlıq prospekti 100 (“Olympus Nəsimi” yaşayış kompleksinin yanı) ünvanında yerləşir.

Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi, zərifliyi və rahatlığı özündə birləşdirən “A Touch of Archery” unikal dizaynı ziyarətçilər üçün xüsusilə komfortlu atmosfer yaradır.

184 yerlik restoran iki mərtəbədən ibarətdir. Burada qonaqlara tez və effektiv xidmət göstərmək üçün interaktiv özünəxidmət köşkləri vasitəsilə sifariş etməyə imkan verən EOTF (Experience of the Future) kimi innovativ texnologiyalar tətbiq olunur.

Restoran həmçinin masa arxasında əyləşərək sifarişinizi qəbul etməyə imkan verən “Table Service” xidməti təklif edir.

Ziyarətçilər “McCafe”də müxtəlif isti içkilərin və desertlərin geniş seçimindən həzz ala, həmçinin restorana daxil olmadan sifarişlər verməyə və onları qəbul etməyə imkan verən rahat “ekspress pəncərə” xidmətindən yararlana bilərlər.

 

Onu da qeyd edək ki, qonaqlar yaxın vaxtlarda açıq terrasdan istifadə edə biləcəklər. Ən kiçik qonaqlar üçün isə ikinci mərtəbədə uşaq əyləncə güşəsinin quraşdırılması planlaşdırılır.

 

Qeyd edək ki, restoranda hazırda 100-ə yaxın əməkdaş çalışır. “McDonald's Azərbaycan” şirkəti ümumilikdə 2400 nəfərdən çox Azərbaycan vətəndaşını iş yeri ilə təmin edir.

 

Azərbaycana sərmayə yatıran ilk qlobal brendlərdən biri olan “McDonald’s” şirkəti 25 ildən artıqdır ki, yerli istehsalın genişlənməsinə xidmət etməklə, ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir.

 

“McDonald's” Azərbaycanın tədarük və logistika, işəgötürmə kimi iqtisadiyyatın müxtəlif sektorlarından olan 100-dən çox yerli şirkətlə, eləcə də informasiya texnologiyaları, marketinq və s. şirkətlərlə davamlı əməkdaşlığı da xüsusi əhəmiyyət kəsb edir.

 

0.01724100112915