Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək

Azərbaycan Prezidenti Rusiyaya səfər edəcək
 

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyaya səfər edəcək.

Bu barədə Kremldən bildirilib.

Qeyd olunub ki, Azərbaycan lideri rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Dövlət başçıları Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Sovetində işlədiyi illərdə tikintisinə rəhbərlik etdiyi Baykal-Amur Magistralının (BAM) veteranları ilə görüşəcəklər.

 

0.017155170440674