Yuxuda GƏZMƏK – Bu problem hansı ciddi təhlükədən xəbər verir?

Yuxuda GƏZMƏK – Bu problem hansı ciddi təhlükədən xəbər verir?
 

Yuxuda gəzmək yuxu zamanı şüursuz oyanış vəziyyəti ilə xarakterizə olunur. Bəzi insanlar yuxudaykən yataqdan qalxır, yeriməyə başlayır, pilləkən varsa qalxır, yaxud enirlər. Belələri oyandıqdan sonra etdikləri heç bir şeyi xatırlamırlar. Adətən bir çoxları gözüaçıq gəzir, iş görür, söhbət edirlər. Yuxuda gəzmək və danışmaq tez-tez uşaqlarda təsadüf edilir.

Maraqlıdır, yuxuda gəzmək hansı xəstəliyin əlamətidir?

Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, yuxuda gəzmək sinir sistemi durumlarında, bəzi xəstəliklərin təsiri altındaykən baş verir:

“Qədim zamanlarda yuxuda gəzənləri sirli şəxslər adlandırırdılar. Əvvəllər belə şəxsləri Aya işarə olaraq lunatiklər (lunatizm) adlandırırdılar. Lakin bu xəstəliyin elmi dili Somnambulizmdir. Yəni yuxuda gəzmək pataloji haldır və müalicəsi mümkündür. Bu, müxtəlif xəstəliklərin, epilepsiya və nevrozun bəzi dərəcələrinin təsirindən baş verə bilir. Həmçinin, aktiv ocaqların beyində gecə də qaldığına görə baş verir”.

Adil Qeybulla bildirib ki, Somnambulizm esnoqrafiya üsulu ilə müalicə edilir:

“Epilepsiya xəstələrində bunun müalicəsi olduqca çətindir, amma nevroz olan şəxslərdə daha yüngüldür. Müalicəsi 3-4 ay çəkir və stabilləşmə əldə etmək mümkün olur. Çox vaxt narkotik və alkaqol qəbul edən insanlarda yuxuda gəzmək xəstəliyi özünü büruzə verir.

Yuxuda gəzən insanlar ev işləri görür, qonşunun həyətinə keçir, hətta kriminal iş belə görə bilirlər. Hətta çox vaxt belə xəstələr cinayət işi törədərsə belə o, məhkəmə predmeti hesab olunmur. Çünki bu,  xəstənin anlaqsız vəziyyətdə olması ilə əlaqələndirilir. ABŞ-də və bir çox ölkələrdə belə hallar olub”.

 

0.029304027557373