Korroziyaya uğrayan qaz xətləri yenilənir, qaz sızmalarının qarşısı alınır

Korroziyaya uğrayan qaz xətləri yenilənir, qaz sızmalarının qarşısı alınır
 

Korroziyaya uğrayan qaz xətləri yenilənir, qaz sızmalarının qarşısı alınır

Paralel.az xəbər verir ki, abonentlərin dayanıqlı və fasiləsiz şəkildə təbii qazla təmin edilməsi istiqamətində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən daim işlər görülür. Ucar rayonunun Lək kəndində də uzun illər istismarda olan qaz xətlərinin yenilənməsi işləri icra olunur. Sakinlərin sözlərinə görə kəndin qazlaşdırılması 30 il öncə həyata keçirilib. Lakin vətəndaşlar tərəfindən pərakəndə şəkildə çəkilən bir çox xətlərdə qaz sızmaları baş verdiyindən təbii qazın verilişində ciddi problemlərlə üzləşiblər. İş icraçısı bildirir ki, 45 km-dək yeni çəkilən qaz xəttinin çəkilişi işləri yekunlaşdıqdan sonra bu kimi problemlər həllini tapacaq.
Daha ətraflı video materialda:

https://youtu.be/xT80TuDNaiM?si=b5vr6UA7jFAlUlt3

0.026232957839966