“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO

“Barselona” azarkeşləri səhvən öz klublarının avtobusuna hücum ediblər - VİDEO
 

İspaniyanın “Barselona” futbol klubunun azarkeşləri komandalarının avtobusuna şüşə və taxta əşyalar ataraq, onu Fransanın PSJ-nin avtobusu ilə səhv salıblar.

Məlumata görə, nəqliyyat vasitəsi stadiona gedən yolda hücuma məruz qalıb. “Barsa” azarkeşləri onu PSJ-nin avtobusu ilə səhv salaraq hücum ediblər.

Qeyd edək ki, çərşənbə axşamı Çempionlar Liqasının ikinci 1/4 final matçında “Barselona” PSJ-ni qəbul edəcək. İlk görüş katalon klubunun 2:3 hesablı qələbəsi ilə başa çatıb.

 

0.044635057449341