Ceyhun Bayramov Əməkdaşlıq Şurasının toplantısına qatılıb

Ceyhun Bayramov Əməkdaşlıq Şurasının toplantısına qatılıb
 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurasının strateji dialoq toplantısında fəxri qonaq qismində iştirak edib.

Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

Bildirilir ki, nazir çıxışında regionlararası əlaqələrin, qardaş ölkələr arasında çoxşaxəli əməkdaşlığın vacibliyini vurğulayıb.

“Regionlarımız arasında daha möhkəm tərəfdaşlığa doğru addımların atılmasına zəmin yaradan bu strateji dialoqa etimad və öhdəlik ifadə olunub”,-məlumatda qeyd olunub.

 

 

0.03250789642334