BŞİH Bakı İnzibati Məhkəməsi və ƏƏSMN-ə etirazı qanunsuz sayır
ƏƏSMN, tabeliyindəki Sosial Xidmətlər Agentliyi (SXA), DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ( XŞTMF) Konstitusiyaya sayğısızlıq sərgiləyir, dövlətin adından çıxarılan məhkəmə qərarlarını illərdir nəinki icra edir, əksinə , icra etdiyini də dayandırır. Konstitusiyaya sayğısızlığa baxın, SXA 11 ildir Nərimanov RİH-də 10 nəfərlik ailəsi ilə mənzil növbəsində olan, 8 ildir Bakı İnzibati Məhkəməsinin 20.06.2016-cı il tarixli, 2-1(81)-1095/16 saylı Qərarı ilə növbədənkənar mənzillə təminat hüququ doğrulanan, 2 əlil elmi işçisi, 3 körpəsi olan 1-ci dərəcəli Qarabağ qazisi ailəsinin sosial xidmət, mənzil təminatına rüşvət qadağası qoyub. Qadağanın əsası kimi guya tələbkara təklif olunan (yəqin yuxularında təklif ediblər, nədən 11 ildir heç bir təklif edilməyib və indi də edilmir , eləcə də təkliflə məhkəmə qərarı icra olunmur, konkret mənzillə təminat olmalıdır- M. B.) DSMF-in XŞTMF-si isə həmin məhkəmənin 05.07.2017-ci il tarixli, 2-1(81)-1889/17 saylı Qərarı ilə əlilin pensiyasına əlavə olunan aylıq 110 manatın ödənilməsinin icrasını 6 il sonra- 2023-cü ilin aprelindən özbaşına dayandırıb. Bu özbaşınalığın əsasında isə məhkəmə qərarının əsaslandığı qanun maddəsinin 2021-ci ildən ləğv edilməsi dayanır. (?) Bir ildir Qarabağ qazisi Konstitusiyanın 149.VII maddəsinin şəxsin vəziyyətini pisləşdirən, pensiyasını 110 manat (hazırda 155 manat) azaldan qanunun geriyə qüvvəsi ola bilməzliyini, məhkəmə qərarı ilə ayrılan əlavənin kəsilə bilməzliyini DSMF-in rüşvət məmurlarına anlada bilmir. Borclu XŞTMF 1 ildir bildirir ki, pensiya filialının öz qanunu, öz konstitusiyası var; öz(başınalıq) qanununda, konstitusiyasında yazılıb ki, istər qanunla ayrılsın, istərsə də qanunun tətbiqindən imtina edildiyindən, məhkəmə qərarı ilə , fərq etmir, “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ləğv olunduğundan , məhkəmə qərarı da qüvvədən düşüb, ödəniş dayandırılıb. Hələ üstəlik, tələbkar Qarabağ əlilinə 2 il artıq ödəniş edildiyindən, tələbkarın borcluya 3188.72 manat borcu yaranıb. (??)
“Dedığım dedik, çaldığım düdük” prinsipi ƏƏSMN-də əsas qanundur. İlginc olduğu qədər də dəhşətli özbaşınalıqdır ki, Bakı İnzibati Məhkəməsi ( Şərafət Məmmədova (hazırda özbaşınalığını Bakı AM-də sürdürür), Aygün Abdullayeva, Günel Sevdimalıyeva, Rüstəm Kərimli (rüşvət hakimliyi yüksək qiymətləndirilib, Şəki İnzibati Məhkəməsinə sədr edilib) və b) də qüvvədə olan Konstitusiyanı yox, ƏƏSMN-in öz(başınalıq) konsstitusiyasını, rüşvət qanununu əsas tutur, məhkəmə qərarlarının icrasını təmin etmir, İPM-in 116-120-ci maddələrinə əsasən cərimə tətbiq etmir. Əksinə, məhkəmə hakimləri məhkəmə qərarının icra olunduğunu bildirir. Tələbkarın mənzillə təmin olunmadığı, pensiyasına əlavənin bir ildir dayandırıldığı halda, Bakı İnzibati Məhkəməsi hansı vicdan(sızlıq)la qərarın icra olunduğunu bildirir?
Tələbkar Qarabağ qazisinin ali icra hakimiyyəti orqanının administrasiyasında qəbul hüququna da qəbula yazmağa görəvləndirilən Səmayə Əliyeva xanım qərəzli zorakılıqla qadağa qoyduğundan, etiraz aksiya keçirməklə bağlı BŞİH-ə xəbərdarlıq edilib. Soraq verdiyimiz kimi, BŞİH aprelin 26-da PA və ƏƏSMN qarşısında piket keçirməyi mədsədəuyğun saymayıb. “Taktikanı” dəyişən qazi bu yol piket meydanı kimi Bakı İnzibati Məhkəməsinin və ƏƏSMN-in qarşısını seçib. Di gəl, BŞİH də “dedığım dedikdir”dən əl çəkməyib, “düdüyünü çalıb” ki, “ərizədə qeyd etdiyiniz etirazınıza səbəb olan məsələrlə bağlı AİDİYYƏTİ üzrə (“aiddiyəti” 1 ildir “aidiyyəti” üzrə rüşvəti qüvvəyə mindiribsə, hansı “aiddiyyəti” üzrə müraciət edək?- M. B.) müraciət edə bilərsiniz. Sərbəst toplaşmaq haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsini nəzərə alaraq mayın 2-də saat 12-də ƏƏSMN-in, saat 14-də Bakı İnzibati Məhkəməsinin qarşısında hər hansı toplantının keçirilməsini məqsədəuyğun hesab etmirik”.
BŞİH yenə də Konstitusiya qadağa qoyub. Elə ƏƏSMN kimi, Bakı İnzibati Məhkəməsi kimi. Bircə suisid yolu qalır. BŞİH bunu da sərgiləyici şəkildə etməyi “qanunu nəzərə almaqla” məqsədəuyğun saymır. Bəs DSMF-in , SXA-nın rüşvəti ilə Bakı İnzibati Məhkəməsinin görəvini görməməsi məqsədə uyğundur? Hansı məqsədə? Yaxud kimin məqsədinə?
Məğrur Bədəlsoy