Hakimlər Məhkəmə Hüquq Şurası ilə də  qeyri-prosessual münasibətə girirlər

Hakimlər Məhkəmə Hüquq Şurası ilə də  qeyri-prosessual münasibətə girirlər
 

Yuxarı instansiyanın ləğv etdiyi işini gizlədən Rüstəm Kərimli Şəki İM-ə sədrliyinə nə qədər verib?

“Məhkəmələr və hakimlər haqqında” qanunun 17-ci maddəsi məhkəmə icraatında qeyri-prosessual münasibətlərin yolverilməzliyini doğrulayır: “Məhkəmə tərkibi ilə məhkəmə iştirakçıları arasında, yaxud işlərə baxılması ilə əlaqədar birinci instansiya, apellyasiya və kassasiya instansiyası məhkəmələri arasında qanunla nəzərdə tutulmamış qeyri-prosessual münasibətlər yolverilməzdir”. Prezidentin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019 tarixli Fərmanının 5.4.3 bəndində Məhkəmə - Hüquq Şurasına tövsiyə edilib ki, qeyri-prosessual münasibətlərin yolverilməzliyini təmin etmək məqsədilə  mütəmadi (yəni sürəkli, ara verməyən, davamlı) monitorinqlər aparsın.

Qanuna və Prezident Fərmanına necə əməl edilməsi bu günlərdə baş verən hakim, sədr təyinatları tam çılpaqlığı ilə ortaya qoydu. Qanunvericiliyin tələbinə ən çox qarşı çıxan, adı rüşvətdə, korrupsiyada, qeyri-prosessual ilişgidə hallanan hakimlər yüksək postlara gətirildi. Belə çıxır, hakimlər Məhkəmə - Hüquq Şurası ilə də qeyri-prosessual münasibətə girirlər.

Rüstəm Kərimlinin Şəki İnzibati Məhkəməsinə sədr təyin edilməsi bu fikrimizin əsassız olmadığını ortaya qoyur. Bu yeni sədrin yüksək peşəkar rüşvətə hakimliyinə baxın, 4 ildir Bakı Apellyasiya Məhkəməsinin 05.03.2020 -ci ildə ləğv etdiyini işini öz icraatına götürüb, gizlədir, 2-1(112)-5191/20 saylı işi  “e-məhkəmə” informasiya sistemindən tamam yoxa çıxarıb. Bu azmış kimi, 9 il qabaq 1 BİİM-in ( h. Şərafət Məmmədova) 06.05.2015 tarixli qərardadını Bakı Apellyasiya Məhkəməsinin 02.07.2015 tarixli, 2-1(103)-1098/15 saylı aktla ləğv etdiyi işə Bakı İnzibati Məhkəməsinin 9 ildir yenidən  baxmamasını Rüstəm Kərimli saxtalaşdırdığı 18.12.2015 tarixli ərizənin təmin edilməsi qərardadı ( h. Şərafət Məmmədova) ilə izah edib. Məhkəmə sədri Araz Hüseynov olduğu halda, Rüstəm Kərimlinin səlahiyyətində olmayan məsələyə (QEYRİ-PROSESSUAL) münasibət bildirməsi MHŞ ilə qeyri-prosessual əlaqədə olmasından soraq verir. Bu münasibətlə Rüstəm Kərimlinin Şəki İM-ə sədrliyinin arası bir-iki gün olub. Baxın, hakim ərizənin təmin olunması haqqında aktdan ərizəçinin şikayət vermək hüququnun olmadığını bilmir, bəs MHŞ ? MHŞ onu da bilmir ki, əvvəllər işin baxılmasında iştirak edən hakimin həmin işə təkrar baxışda iştirakı yolverilməzdir? Yolverilməz özbaşınalığa baxın, R. Kərimli , 2 BİİM-də çıxardığı 15.10.2019 tarixli qərardadı Bakı Apellyasiya Məhkəməsinin ləğv etdiyi 05.03.2020-ci ildə Sabunçu məhkəməsində hakimlik görəvində idi. Anında Ədliyyə Nazirliyindəki tanışları ilə qeyri-prosessual münasibətə girərək, özünü Bakı İnzibati Məhkəməsinə ezam etdirib. Və ... MƏHZ ləğv edilmiş işinə TƏSADÜFƏN hakim təyin edilib. Və ... 4 ildir işi gizlədir, məhkəmə sistemindən silib. Qeyri-prosessual ilişgi, rüşvət, korrupsiya elə bu faktla ortada olsa da, Məhkəmə- Hüquq Şurası fakta qiymət vermək əvəzinə, özü də faktdan rüşvət amacı ilə yararlanıb. Hələ üstəlik rüşvət, korrupsiyada adı hallanan hakimi sədr postunda oturdub. Aydındır ki, Şura Rüstəm Kərimlinin qara qaşına-gözünə yox, göy -qırmızı dollar-avrolarına görə bunu edib.

Məhkəmə Hüquq Şurasının hakimlərlə qeyri-prosessual münasibətdə olan ölkədə hansı məhkəmə təminatı , hansı hüquq və azadlıq təminatından danışmaq olar? Olduqca ritorik sualdır..

Məğrur Bədəlsoy

P.S. Şərafət Məmmədovanın 06.05.2015 tarixli, 2-1(81)-2205/15 saylı qərardadını Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının sədri Mirzə Tağızadə olan heyəti 02.07.2015 tarixli qərardadla ləğv edib, prosessual hərəkətlərin davam etdirilməsi üçün 1 BİİM-ə , hazırkı Bakı İnzibati Məhkəməsinə qaytarıb. Şərafət Məmmədovanın ləğv edilmiş işinə baxmasına qanunvericilik yol verməsə də, hakim işi icraatına götürüb,  gizlədib. 20.06.2016 tarixli, 2-1(81)-1095/saylı iddianı təmin edən qərarını da eləcə. “Peşəkar” xidmətinə” görə 6 ildir Bakı Apellyasiya Məhkəməsində “həqiqətin müəyyən edilməsinə” məhkəməyə müraciət etməyi SUİ-İSTİFADƏ HÜQUQU VƏ AZADLIĞI kimi aktlaşdırmaqla töhfə verir. Maraqlıdır, 9 il qabaqkı qərardadını ləğv edən hörmətli hakim Mirzə Tağızadə indi Şərafət Məmmədovanın üzvü olduğu İnzibati Kollegiyasının sədridir. Fikrimizcə, sədr 9 il qabaq ləğv etdiyi işin yenidən baxılmamasına görə Məhkəmə Hüquq Şurasına müraciət etməlidir. Di gəl, dəyərmi?

0.027827024459839