Ərəb Əmirliklərində xüsusi konsert -
Taylor Svift 9 milyon dolları rədd etdi

Ərəb Əmirliklərində xüsusi konsert -Taylor Svift 9 milyon dolları rədd etdi
 

Dünya şöhrətli müğənni Taylor Svift Birləşmiş Ərəb Əmirliklərində xüsusi konsert vermək üçün ona təklif edilən 9 milyon dollarlıq qonararı rədd edib.

Paralel.az xəbər verir ki, bu barədə amerikalı reper Frenç Montana məlumat yayıb.

Qeyd edək ki, Taylor bu ayın əvvəlində rəsmi olaraq “Forbes”in milyarderlər siyahısına daxil edilib. Onun sərvəti 1,1 milyard dollar səviyyəsində qiymətləndirilir.

 

0.083580017089844