"Problem onda idi ki, o mənim üçün çox mükəmməl idi" - ŞOK
Braziliyalı ulduz futbolçu Kakanın keçmiş həyat yoldaşı Karolina Seliko qəribə açıqlaması ilə gündəmə gəlib.
O, 2015-ci ildə ərindən niyə boşandığı haqda danışıb.
"Kaka heç vaxt mənə xəyanət etməyib. O mənimlə yaxşı rəftar etdi, mənə gözəl ailə bəxş etdi. Amma mən xoşbəxt deyildim... Nəsə çatışmırdı. Problem onda idi ki, o mənim üçün çox mükəmməl idi", - deyən Karolinanın sözləri diqqət çəkib.
Cütlük 9 il rəsmi nikahda olub, onların bir qız və oğlan övladı var.