Ermənistan dünyanın siyasi xəritəsindən silinir - Mirzoyan
"Bu gün Ermənistan nəinki danışıqlar prosesinin subyekti statusunu itirib, danışıqlar obyektinə çevrilib. Proseslərdən belə görünür ki, Ermənistan dünyanın siyasi xəritəsindən yavaş-yavaş silinir".
Bunu siyasi ekspert Karen Mirzoyan deyib.
"Bağışlayın, amma belə bir vəziyyət artıq formalaşıb. Bu gün masa ətrafında bir sıra regional və qeyri-regional ölkələr var, Ermənistan yoxdur. Yəni Ermənistan varsa belə, formal tərəf kimi mövcuddur, Ermənistanın və onun xalqının maraqlarını ifadə edən erməni fikri yoxdur", - Mirzoyan qeyd edib.