Azərbaycanda yeni milli park yaradılır - FOTO

Azərbaycanda yeni milli park yaradılır - FOTO
 

“Axar-Baxar Milli Parkı”nın yaradılması istiqamətində iş aparılır. “Yaşıl Dünya Naminə Həmrəylik” ili çərçivəsində ölkəmizdə bir neçə Milli Parkın təşkili nəzərdə tutulur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, belə Milli Parklardan biri də Qax rayon ərazisində təşkil ediləcək. 

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, İlisu Təbiət Qoruğunun bazasında Axar-Baxar Milli Parkının yaradılması istiqamətində iş aparılır. 

Ekoloq mütəxəssislər bildirir ki, bu ərazilər Qanıx çayın vadisi boyunca uzanır və böyük turizm potensialına malikdir. İlk növbədə boz dağlarla əhatə edilən Axar-Baxar ərazisi flora və fauna, eləcə də çoxsaylı heyvanat aləmi və quşlarla zəngindir. 

Mütəxəssislər buranı həm də Türkiyənin turizm bölgələrindən biri olan Kapadokya ilə müqayisə edir və gələcəkdə hava şarlarının uçması üçün ən münbit bir ərazi hesab edirlər. 

Yaxın vaxtlarda Milli Park status veriləcək Axar-Baxar ərazisindən göz oxşayan mənzərələri təqdim edirik.

0.012592077255249